Dilinizi seçin

Dilinizi seçin

İdman

Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Böyük Dəbilqə turnirində iştirak edəcək.

Oktyabrın 11-dən 13-dək davam edəcək yarışda 30 ölkədən 232 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 8 çəki dərəsində 12 kişi və 2 qadın idmançı ilə təmsil olunacaq.

Cüdoçular böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiç və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcək.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Yarışda iştirak edəcək heyəti təqdim edirik:

Qadınlar

48 kq.

Leyla Əliyeva

57 kq.

Acelya Toprak

Kişilər

60 kq.

Balabəy Ağayev

Hüseyn Allahyarov

66 kq.

Ruslan Paşayev

Rəşad Yelkiyev

73 kq.

Rəşid Məmmədəliyev

Nəriman Mirzəyev

81 kq.

Zelim Tçkayev

Ömər Rəcəbli

90 kq.

Murad Fətiyev

Musa Hüseynli

+100 kq.

İmran Yusifov

Uşanqi Kokauri

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il