Azərbaycan boksçuları Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında 18 medal qazanıblar.
Əli Əliyev (46 kiloqram), Şahin Mustafayev (48 kiloqram), Nihad Qasımov (50 kiloqram), Zakir Həsənzadə (52 kiloqram), Sübhan Babayev (54 kiloqram), Şahin Aslanov (60 kiloqram), Haqverdi Həsənov (63 kiloqram), Rza Rzayev (70 kiloqram), Gülər Hüseynova (46 kiloqram), Banuçiçək Nəsirli (48 kiloqram), Əminə Tağı (54 kiloqram) və Dəniz Babayeva (63 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yalnız finalda uduzan Aylin Nəzərova (50 kiloqram), Aysu Mikayılova (52 kiloqram), Mələk Hümbətova (57 kiloqram) və Valeh Eyvazlı (66 kiloqram) gümüş, Adil Zalovla (75 kiloqram) Səftər Məmmədzadə (+80 kiloqram) isə bürünc mükafata sahib çıxıblar.
Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək Gimnaziadada Azərbaycan 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.