Azərbaycanın qadın futbolçulardan ibarət millisi Avropa çempionatının pley-off mərhələsində bu gün Bakıda Portuqaliya ilə qarşılaşacaq.
Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma rəqibini “Liv Bona Dea Arena”da sınağa çəkəcək.
Qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.
Avropa çempionatı
Pley-off mərhələsi, ilk oyun
25 oktyabr
16:00. Azərbaycan – Portuqaliya
Hakimlər: Fabyenn Mişel, Melissa Cus (Almaniya), Amina Sara Quçi (Avstraliya), Karolin Uoker (Almaniya).
"Liv Bona Dea Arena".
Qeyd edək ki, komandalar arasında cavab görüşü oktyabrın 29-da Portuqaliyada baş tutacaq. Azərbaycan - Portuqaliya cütünün qalibi ikinci pley-off mərhələsində Belarus - Çexiya oyununda üstün olan tərəflə üz-üzə gələcək. Bu raundun matçları noyabrın 27-də və dekabrın 3-də baş tutacaq. Azərbaycan - Portuqaliya cütünün qalibi ilk görüşünü evdə keçirəcək.