Azərbaycan Gimnastika Federasiyasının (AGF) texniki direktoru Natalya Bulanova yenidən Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü seçilib.
Bu barədə AGF-nin mətbuat xidməti məlumat yayıb.
Bu, Beynəlxalq Gimnastika Federasiyasının Qətərin paytaxtı Doha şəhərində keçirilən 85-ci hesabat-seçki konqresində reallaşıb.