Hava şəraiti ilə əlaqədar paytaxt yollarında hərəkətin tənzimlənməsi istiqamətində tədbirlər görülür.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, DİN tərəfindən xidmətə əlavə qüvvə və naryad qrupları çıxarılıb.
Hazırda paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması üçün bütün zəruri tədbirlər icra olunur.