Dilinizi seçin

Dilinizi seçin

Hadisə

Məişət zorakılığının qarşısının alınması sahəsində effektiv mübarizə üçün yalnız qanunvericiliyin təkmilləşdirilməsi kifayət deyil.

Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə vəkillər və hakimlər üçün keçirilən "Məişət zorakılığı ilə mübarizə və məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış" mövzusunda təlimdə deyib.

O bildirib ki, problemin həlli kompleks yanaşma tələb edir və bu yanaşmanın əsas komponentlərindən biri müxtəlif qurumlar arasında koordinasiyalı işin təşkil olunmasıdır:

Anar Bağırovun sözlərinə görə, komitə ilə birgə əməkdaşlıq çərçivəsində Kollegiya ilə komitə arasında məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb:

"Memoranduma əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri, eləcə də müvafiq qeyri-dövlət yardım mərkəzlərindən Vəkillər Kollegiyasına müraciət daxil olduqda, Kollegiyanın təyin etdiyi vəkil tərəfindən məişət zorakılığından zərər çəkmiş şəxsə müvafiq Pro Bono hüquqi dəstək xidməti göstərilir”.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il