Türkiyənin Elazığ vilayətində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, 15 oktyabr saat 00:05-də Elazığın Sivrice rayonunda 4,4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin 7 kilometr dərinlikdə olduğu müəyyən edilib.
Məlumatda AFAD və 112 qaynar xətlərinə hər hansı ziyan barədə məlumat daxil olmadığı bildirilib.
"Bütün qurumlarımız zəlzələnin təsirlərini yaxından izləyir", - qeyd olunub.