“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovun dəfn yeri açıqlanıb.
Modern.az-ın məlumatına görə, mərhum Əhmədli qəbiristanlığında torpağa tapşırılacaq.
Məlumatı T.Əhmədovun həyat yoldaşı Salatın Əhmədova “Qafqazinfo”ya açıqlamasında təsdiqləyib.
Dəfn mərasiminin bu gün saat 12:00-da keçirləcəyi gözlənilir.
Qeyd edək ki, Tağı Əhmədov 1 fevral 1948-ci ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub. O, 1998–2014-cü illərdə “Bakı Metropoliteni” QSC-yə rəhbərlik edib. T.Əhmədov eyni zamanda, 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri idi. Sabiq rəis ötən gün dünyasını dəyişib.