Dilinizi seçin

Dilinizi seçin

Hadisə

Array
(
    [0] => 1
    [1] => 5
)

İcazəniz yoxdur. İcazə problemi: core.edit

Sadə daldalanacaqlara dair tələblər təsdiqlənib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kolegiyası “Mülki müdafiənin mühafizə qurğularına aid olan sadə daldalanacaqlara dair tələblər”i təsdiq edib.

Bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.

Beləliklə, sülh və müharibə dövrlərində əhalinin mühafizəsinin təmin edilməsi məqsədilə sadə daldalanacaq kimi nəzərdə tutulan zirzəmilərə və digər yeraltı tikililərə dair tələblər müəyyənləşib.

Sənədə əsasən, layihələndirilən çoxmənzilli yaşayış binalarının, təhsil müəssisələrinin və xəstəxanaların, ümumi sahəsi 500 kv.metrdən çox olan ictimai binaların, işçilərinin sayı 50 nəfərdən çox olan istehsalat obyektlərinin zirzəmiləri və digər yeraltı tikililər əhalinin müvəqqəti daldalanmasını təmin etməlidir.

Həmçinin seysmikliyi 9 bal, habelə ərazinin mailliyi 15% və ondan yuxarı olan yaşayış məntəqələrində inşa edilən fərdi yaşayış evlərində zirzəmilər sadə daldanacaq kimi nəzərdə tutulduqda həmin zirzəmilər evin altında perimetri nəzərə alınmaqla yerləşdirilməlidir.

Sadə daldalanacaqların həyat təminatı sistemi insanların həmin daldalanacaqlarda 12 saatdan az olmayaraq fasiləsiz qalmasını təmin etməlidir.

Sadə daldalanacaqlarda aşağıdakı tələblər nəzərə alınmalıdır:

- zirzəmilərin hündürlüyü sosial xidmət müəssisələri, fərdi yaşayış evləri və istehsalat müəssisələri üçün 2,2 m-dən, çoxmənzilli yaşayış binaları və iri ticarət obyektləri üçün 2,4 m-dən az olmayaraq qəbul edilməli və zirzəminin döşəməsinin səviyyəsi torpağın planlaşdırma səviyyəsindən 1,5 m-dən az olmayaraq aşağıda olmalıdır;

- zirzəmilərdə bünövrə, sütunlar və yükdaşıyan divarlar, habelə zirzəminin örtüyü monolit dəmir-betondan, yükdaşımayan divarlar isə beton, daş və ya bütöv kərpicdən, qapılar metaldan və nəfəsliklər yanmayan materialdan nəzərdə tutulmalıdır. Zirzəmi divarlarının boyanması zamanı sönmüş əhəngdən və ya yanmayan digər materiallardan istifadə olunması nəzərdə tutulmalıdır;

- fərdi yaşayış evlərində zirzəmilərin dəmir-beton örtüyünün qalınlığı 150 mm, digər tikinti obyektlərində isə 200 mm-dən az olmayaraq hesablama əsasında qəbul edilməlidir.

- digər yeraltı tikililərin həcm-planlaşdırma həlləri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun qəbul edilməlidir.

Sadə daldalanacaqlar aşağıdakılarla təchiz edilməlidir:

- ilkin tibbi yardım ləvazimatları;

- sanitar qovşaq (qadın və kişilər üçün ayrı olmaqla sanitar qovşağında sanitar-texniki cihazların sayı 40 nəfər daldalanan üçün 1 dəst (unitaz, əlüzyuyan) hesabı ilə);

- su xətti və ya içməli və texniki su çənləri (içməli suya olan tələbat bir daldalanan üçün günə 2 litr, texniki su isə 5 litr hesabı ilə);

- işıqlandırma;

- yanğınsöndürmə vasitələri (bel, vedrə, odsöndürən balon, 0,5 m3 qum);

- hava nəfəslikləri və ya havalandırma-filtrasiya sistemi;

- ehtiyat çıxışı.

Fərdi yaşayış evlərində zirzəmilər sadə daldalanacaqlar kimi nəzərdə tutulduqda həmin daldalanacaqlar aşağıdakılarla təchiz edilməlidir:

- ilkin tibbi yardım ləvazimatları;

- içməli su ehtiyatı (su tutumu);

- işıqlandırma;

- yanğınsöndürmə vasitəsi (odsöndürən balon);

- hava nəfəslikləri.

Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Məqalə ID-si: 2742

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il