Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kəngərli rayon Çalxanqala kəndi ərazisində hərbi sursatının aşkar edilməsi barədə məlumat daxil olub.
Hadisə yerinə dərhal Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri cəlb olunub.
Kəngərli rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 2 ədəd 85 mm-lik top mərmisi olduğu müəyyən edilib.
Sursat, zərərsizləşdirilməsi üçün pirotexniklər tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.