Dilinizi seçin

Dilinizi seçin

Hadisə

Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə, yəni, onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə cərimələrin artırılması nəzərdə tutulur.

Bu məsələ parlamentin oktyabrın 18-də keçirilən plenar iclasının gündəliyinə birinci oxunuşda daxil edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Qanun layihəsində bildirilir ki, heyvanlarla rəhmsiz rəftar edənlər, yəni, onlara ağrı, əzab, işgəncə verənlər, onları döyənlər və ya döyüşdürənlər 500 manatdan 800 yüz manatadək məbləğdə cərimə ediləcəklər. Bu Məcəllənin 274.1-ci maddəsində nəzərdə tutulmuş əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Bu Məcəllənin 274.1-ci maddəsində nəzərdə tutulmuş əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Eyni əməllər heyvanların tələf edilməsinə səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il