Dilinizi seçin

Dilinizi seçin

Hadisə

Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən, fiziki şəxs Allahverdiyev Ceyhun Cəbrayıl oğluna məxsus “377” dönərxanasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, iaşə obyektinin sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərdiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi, döşəmə, tavan və divar səthlərinin təmirsiz olduğu, müvafiq təmizlik işlərinin aparılmadığı və qida məhsullarının uyğun temperatur rejimində saxlanması üçün müvafiq şəraitin təmin edilmədiyi aşkarlanıb.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il