Dilinizi seçin

Dilinizi seçin

Hadisə

Bakı metrosunun deposuna gizli daxil olaraq bir neçə vaqonu rəngləməkdə ittiham olunan Fransa vətəndaşı Clerk Theqo Hüqo, Yeni Zelandiya vətəndaşı De-Saint Quentin İsmael və Avstraliya vətəndaşı Han Paulun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

 

Təqsirləndirilən De-Saint Quentin İsmael və Han Paul apellyasiya şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət edib.

Məhkəmə onların apellyasiya şikayətinə xitam verib.

Təqsirləndirilən Clerk Theqo Hüqonun vəkili Elçin Sadıqov məhkəmədə iki vəsatət qaldırıb.

O, məhkəmənin istintaqla keçirilməsini və müdafiə etdiyi şəxsin barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Dövlət ittihamçısı Emin Mirzəyev vəsatətlərin təmin olunmamasını istəyib.

Vəsatətlər təmin olunmayıb.

Məhkəmənin baxış iclası 28 oktyabra təyin olunub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, araşdırmalarla Fransa vətəndaşı Clerk Theqo Hüqo, Yeni Zelandiya vətəndaşı De-Saint Quentin İsmael və Avstraliya vətəndaşı Han Paulun 2024-cü il martın 30-da gecə saatlarında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə məxsus depoya qanunsuz daxil olaraq qəsdən dövlət əmlakına ziyan vurmalarına dair şübhələr müəyyən edilib.

Əməldə cinayət tərkibi yarandığından Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə polis idarəsində fakta görə başlanmış cinayət işi üzrə Fransa Respublikasının vətəndaşı Clerc Theqo Hüqo məhkəmənin qərarı ilə üç ay müddətinə həbs, digərləri barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirləri seçilib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Clerk Theqo Hüqo 3 il müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslər 6 min 800 manat cərimə cəzasına məhkum olunub. Onların zərərçəkmiş quruma vurduqları ziyan tam ödətdirilib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il