Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunması münasibətilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşəbbüsü ilə “Şuşa və ətrafının arxeoloji tədqiqi” mövzusunda elmi sessiya keçirilib.
Bu barədə AMEA Arxeologiya və Antropologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Bildirilib ki, Şuşanın arxeoloji tədqiqi tarixin XIX əsrdən başlanıb. İşğaldan azad olunduqdan sonra İnstitutun Şuşa şəhəri və ətraf ərazilərdə apardığı tədqiqat işləri barədə məlumat verilib. Qeyd edilib ki, gənclər elmi tədqiqatları paylaşmağa həvəs göstərməli, bu kimi tədbirlərin aparıcı qüvvəsinə çevrilməlidirlər.
Daha sonra işğaldan azad olunmuş torpaqlarda aparılan uğurlu işlərin, eləcə də arxeoloji tədqiqatların əhəmiyyəti vurğulanıb.
Sessiyada müxtəlif elmi müəssisələrdən olan gənc alim və mütəxəssislər “Şuşa qalalarında beynəlxalq arxeoloji tədqiqatlar-2024” mövzusunda məruzələrlə çıxış ediblər.