“Növbəti illərdə ali məktəbələrə qəbul planını daha da artırmaq istəyirik”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda 20 il əvvəllə müqayisədə iki dəfə çox insan ali təhsil alır.
“2026-ci ilə kimi qəbul planının 75 min olmasını hədəfləyirik”, - E.Əmrullayev qeyd edib.
Xatırladaq ki, bu il 50 ali təhsil müəssisəsi (2-i xarici ali təhsil müəssisəsinin filialı olmaqla) üzrə bakalavriat səviyyəsinə qəbul planı cari tədris ili üçün 62.017 yer olaraq müəyyənləşdirilib, planın 95%-i (59.026 nəfər) üzrə isə faktiki qəbul baş tutub. Magistratura səviyyəsində isə 16.568 plan yerinə 14.104 nəfər (85% qəbul faizi) qəbul olub.