Dilinizi seçin

Dilinizi seçin

Elm və təhsil

Azərbaycanda təhsil haqda müzakirələrin məişət səviyyəsindən, elmi səviyyəyə qaldırılmasına ehtiyac var.

Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, təhsili məişət səviyyəsində saxlasaq, irəli gedə bilməyəcəyik.

“Təhsildə yeni çağırışların nə olduğunu müəyyənləşdirməliyik. Dünyanın hər yerində təhsildə oxşar problemlər mövcuddur. Bu ümumi problemlər müzakirə ediləndə fərqli yanaşmalar həll yolları üçün faydalıdır.

Hər bir xalqın təhsilində özünəməxsus problem var. Bizim üçün də əsas olan olduğumuz yerin qlobal çağırışlarla uyğunlaşmasıdır. Təhsil fəlsəfəmiz nədən ibarətdir? Bu sual haqqında düşünməliyik. Azərbaycan təhsilinin məzmunu illərdir dəyişmir. Ali təhsilə baxış hələ də seçimə əsaslanır. Hər il məktəbi uğurla başa vurub, universitetə qəbul olanları alqışlayırıq, amma ali təhsil almayanı görmürük. Hər kəs ali təhsil almaya bilər. Azərbaycanda imtahan fəlsəfəsinin müzakirəsi aparılmalıdır”,- deyə nazir bildirib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il