Baku Ekspo mərkəzində Milli mətbuat tarixi kafedrasının dosenti, Əməkdar jurnalist Qərənfil Dünyaminqızının “Füyuzatçılar” adlı kitabının təqdimatı keçirilib.
Crossmedia.az xəbər verir ki, imza günündə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. “Füyuzatçılar” kitabı böyük türk dünyasının görkəmli şəxsiyyətlərində olan Əli bəy Hüseynzadənin 160 illiyinə həsr olunub. Kitabda Əli bəy Hüseynzadə ilə yanaşı bütün füyuzatçılar haqqında ilk olaraq geniş məlumatlar verilib. Kitabın elmi redaktoru və məsləhətçisi “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunisdir.