Bunlar rüşvət deyil, müəllimə vermək olar - EKSPERT AÇIQLADI
Array
(
[0] => 1
[1] => 5
)
İcazəniz yoxdur. İcazə problemi: core.edit
Bunlar rüşvət deyil, müəllimə vermək olar - EKSPERT AÇIQLADI
5 oktyabr-Beynəlxalq Müəllimlər Günüdür. Hər il bu bayram ölkəmizdə xüsusi təmtəraqla qeyd olunur. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi 5 oktyabr müəllimlər günü ilə əlaqədar pul yığılması, hədiyyələr edilməsinin yolverilməzliyi ilə bağlı məktəblərə təlimat göndərib. Amma valideynlər bu təlimata məhəl qoymur, "müəllim əməyinin qiymətləndirilməsi" adı ilə müəllimlərə xüsusi bahalı hədiyyələr alırlar. Bəzən hədiyyə yox, valideyn komitəsi vasitəsilə valideynlərdən pul yığılıb müəllimə müəyyən məbləğdə pul verirlər. Müəllim əməyinin qiymətləndirilməsi adı altında verilən hədiyyələr rüşvət sayılırmı, belə hallara qarşı tədbir görülməlidirmi? Mövzuyla bağlı təhsil eksperti Rizvan Fikrətoğlu crossmedia.az-a açıqlama verib. "Müəllimə gül, çiçək, ətir və ya digər hədiyyələrin alınması məqbul qarşılanmalıdır. "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanununda göstərilir ki,vəzifəli şəxsə il ərzində dəyəri 55 manata kimi olan bir və ya bir neçə hədiyyə təqdim etmək olar. Amma burada müəyyən istisnalar var. Hədiyyə rüşvət kimi və ya hər hansı bir işin qarşılığında verilməməlidir. Valideynlərin müəllimə hədiyyə alması bəzən müxtəlif şəkildə başa düşülür. Bəzi valideynlər aldıqları hədiyyəni bilərəkdən və ya bilməyərəkdən müəllimə qarşı bir növ şantaj aləti kimi istifadə edib sosial şəbəkələrdə paylaşırlar. Bu hal xoşagələn deyil. Çünki bu hədiyyəni verən də, şantaj kimi istifadə edəndə valideyndir.Təbii ki, sosial şəbəkə istifadəçiləri üçün bu vəziyyət alətə çevrilir. Xırda bir hədiyyəyə görə müəllimin imicinə xələl gəlir. Hədiyyə müəllimi sevindirmək məqsədli verilirsə, fikrimcə bu rüşvət sayılmır.Əgər bu hədiyyə "uşağıma daha yüksək qiymət yazsın" xatirinə verilirmirsə və dəyəri müəyyən məbləği aşmırsa, qanun da bunu rüşvət hesab etmir.
Müəllimə hədiyyə alınması fikiri insanlar arasında düzgün formalaşmadığı üçün nazirlik səviyyəsində bu hala qadağa qoyulub".
Zeynəb Mustafazadə
Məqalə ID-si: 914