Bakıda Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçirilir
Array
(
[0] => 1
[1] => 5
)
İcazəniz yoxdur. İcazə problemi: core.edit
Bakıda Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçirilir
Oktyabrın 4-də ADA Universitetində Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçirilir.
Crossmedia.az xəbər verir ki, beynəlxalq Forum Elm və Təhsil Nazirliyi, Dünya Təhsil Forumu və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının və ADA Universitetinin təşkilatçılığı, “Azərbaycan müəllimi” qəzeti, Təhsil TV və “Azərbaycan məktəbi” jurnalının media dəstəyi ilə hibrid formada reallaşır.
Əsas məqsəd təhsildə yeni çağırışları müzakirə etmək, ekoloji təhsilə, xüsusilə "yaşıl təhsil" ideyasına diqqəti artırmaq, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır.
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilən və COP29 ideyasını özündə ehtiva edən beynəlxalq forum “Daha təhsilli gələcək” devizi ilə baş tutur.
Forumun əsas məruzəçiləri Dünya Təhsil Forumunun direktoru Dominik Savaj ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerdir.
Dominik Savaj “Məktəblər yaşıl bacarıqları effektiv inkişaf etdirmək üçün hansı təşəbbüsləri həyata keçirə bilərlər?,” Andreas Şleyxer “Dayanıqlı inkişaf yolunda təhsil” başlıqlı geniş təqdimatla çıxış edəcəklər.
Həmçinin Estoniyada ekoməktəblər üzrə koordinator Maris Məgi “Ekoloji şüurlu şagirdləri necə yetişdirmək olar? Ekoməktəblərdən dərslər”, ADA Universitetinin prorektoru Vəfa Kazdal “Təhsildə iştirakçılıq və əməkdaşlıq ekosistemi”, pedaqogika üzrə tanınmış alim, təhsil tədqiqatçısı və alim Özgür Bolatın “Təbiət uşaqların nailiyyətlərinə və xoşbəxtliyinə necə təsir edir?” mövzularında təqdimatlar edəcəklər.
Forum “Ekoloji savadlılıq və davranış mədəniyyəti, təhsildə yaşıl çağırışlar və öhdəliklər, yaşıl bacarıqlar strategiyası: təhsilin gələcəyi və ekoloji innovasiyalar, təhsildə liderlik və ekoloji səmərəlilik, yaşıl öyrənmə mühiti və müəllim hazırlığı, təhsildə iştirakçılıq və əməkdaşlıq ekosistemi” mövzularını əhatə edir.
Beynəlxalq forum çərçivəsində T-Network platformasının rəhbəri, təhsilin idarə olunması üzrə doktorant Cəfər Mənsiminin moderatorluğu ilə “Təhsildə hansı yaşıl çağırışlar var və bu çağırışlar hansı öhdəliklər yaradır?”, “Təbiətlə dost olan şagirdlərin yetişdirilməsi üçün hansı addımların atılmasına ehtiyac var?”, “Ekoloji savadlılıq və davranış mədəniyyətinin inkişafına təkan vermək üçün təhsildə hansı ənənəvi yanaşmaları yeni yanaşmalarla əvəz etmək lazımdır?”, “Yaşıl məktəb ideyası mövcud kurikulumlara necə inteqrasiya olunmalıdır?” sualları ətrafında müzakirələr aparılacaq.
Forum "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinin "XXI əsrin tələblərinə uyğun təhsil" istiqamətini əsas götürür.
Məqalə ID-si: 997