Azərbaycan və Rusiya arxeoloqları Paleolit dövrü abidələrini birgə tədqiq edəcəklər
Array
(
[0] => 1
[1] => 5
)
İcazəniz yoxdur. İcazə problemi: core.edit
Azərbaycan və Rusiya arxeoloqları Paleolit dövrü abidələrini birgə tədqiq edəcəklər
Rusiyanın arxeoloq və geoloqlardan ibarət nümayəndə heyəti AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi fondunda saxlanılan Paleolit dövrünə aid tapıntılarla tanış olub.
İnstitutdan bildirilib ki, direktor Fərhad Quliyev qonaqlarla görüşdə son illərdə müəssisənin beynəlxalq əlaqələrinin genişlənməsi, ölkə ərazisində aparılan beynəlxalq ekspedisiyalar barədə məlumat verib və birgə tədqiqatların səmərəliliyini vurğulayıb. O bildirib ki, 2024-cü ilin yay qazıntı mövsümündə Azərbaycanda Almaniya, Koreya da daxil olmaqla bir neçə müştərək beynəlxalq ekspedisiya fəaliyyət göstərib və azərbaycanlı arxeoloqlarla birgə tədqiqat aparıb.
Görüşdə Azərbaycan-Rusiya birgə geoarxeoloji ekspedisiyasının iki həftə ərzində gördüyü işlər haqqında da məlumat verilib. Qeyd edilib ki, tədqiqatlar Naxçıvan Muxtar Respublikası və Qazax rayonu ərazisində aparılıb. İlkin nəticə olaraq Culfa rayonunun ərazisində ilk dəfə olaraq Əlincəçay açıq tipli paleolit düşərgəsi, Qazax rayonu ərazisində yeni açıq tipli Yataq yeri-3 paleolit düşərgəsi qeydə alınıb.
Daha sonra qarşılıqlı əməkdaşlığı genişləndirmək, Azərbaycan ərazisində Paleolit dövrü abidələrini birgə tədqiq etmək məqsədilə Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Arxeologiya və Etnoqrafiya İnstitutu ilə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu arasında əməkdaşlıq haqqında memorandumun hazırlanması qərara alınıb.
Məqalə ID-si: 2505