“Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində Zaqatala rayonunda ağacəkmə aksiyasına başlanılıb. Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə oktyabrın 17-də keçirilən ağacəkmə aksiyası zamanı Qax-Zaqatala magistral avtomobil yolunun kənarlarında 350 ədəd ağac tingi əkilib.
Bu barədə Zaqatala Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Aksiya çərçivəsində keçirilən iməcilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Meşə İdarəsinin və yerli təşkilatların əməkdaşları iştirak ediblər.
Kampaniyanın oktyabr-noyabr ayları ərzində davam etdirilməsi nəzərdə tutulur.