Dilinizi seçin

Dilinizi seçin

Ekologiya

Ümumdünya Köçəri Quşlar Günü 2006-cı ildən etibarən ildə iki dəfə - may və oktyabr aylarının ikinci şənbə günü qeyd edilir.

Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

Bildirək ki, bu gün Ümumdünya Köçəri Quşlar Günü kimi qeyd olunur.

O qeyd edib ki, günün əsas məqsədi köçəri quşların yay və qış aylarında köçü zamanı onların sərbəstliyi və təhlükəsizliyinin təmin olunmasına ictimaiyyətin diqqətini yönəltməkdir.

“Azərbaycan ərazisindən ən böyük miqrasiya yollarından biri keçdiyinə görə ölkəmiz həm köçəri, həm də oturaq quşlar üçün əlverişli məkandır. Şərqi Avropa və Qərbi Sibirdən cənuba və Şərqi Afrikaya, Cənub-Qərbi Asiyaya və əksinə hər il milyonlarla quş köç edir. Ölkəmizdə quşların qışlama müddəti nəzərə alınaraq hər il quşların sayğısı həyata keçirilir”.

Xidmət rəsmisinin sözlərinə görə, ölkə ərazisindəki quşların qış sayğısının nəticəsinə əsasən 704022 fərd qеydə аlınıb. Onlardan 42%-i ölkənin şimalında, 37%-i cənubunda, 14%-i mərkəzində, 7%-i isə qərbində qеydə alınıb.

“Bu il quşların daha çox müşahidə edildiyi milli parklarımız Qızılаğаc, Abşeron, Ağgöl milli parkları, o cümlədən Ələt buxtası və Acınohur düzü olub”, - o deyib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il