Azərbaycanda quraqlıqların artması səbəbindən su ehtiyatları 15 faiz azalıb. Bunun nəticəsidir ki, Xəzər dənizinin səviyyəsi texnogen və antropogen təsirlərə məruz qalaraq aşağı düşüb. Sahilyanı ekosistemə ciddi ziyan dəyib.
Bu sözləri ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən “COP29: Dayanıqlı şəhərsalma və ekoloji çağırışlar” forumunda çıxışı zamanı deyib.
Nazir müavini qeyd edib ki, dövlət səviyyəsində bu problemlərin həlli istiqamətində ciddi işlər aparılır: “COP29 bu baxımdan böyük irəliləyişə səbəb olacaq. İşğaldan azad edilmiş ərazilərdə də dövlətimiz tərəfindən yaşıl enerji ilə bağlı layihələr həyata keçirilir. Buna ağıllı kənd və şəhərləri nümunə gətirə bilərik. Əminəm ki, AzMiU-da keçirilən bu forum iqlim dəyişikliyi ilə bağlı görülən işlərə öz töhfəsini verəcək”.