Aparılmış yeni tədqiqatın nəticələrinə əsasən ağacların karbon qazını udma proseslərinə baxmayaraq Yer kürəsinin atmosferində parnik qazlarının miqdarı artmaqda davam edir. Keçən il mütəxəssislər rekord miqdarda karbon tullantıları ifrazını təyin etmişdilər. İndi isə onlar hesab edirlər ki, bu, planetin karbon udma sisteminin artıq öz işinin öhdəsindən gəlmədiyinə işarə edir. Keçən il olmuş böyük miqdarda karbon tullantıları üstəlik rekord göstəricidə istilik ilə müşayiət edilirdi. Mütəxəssislər hesab edirlər ki, yüksək temperatur öz növbəsində yerüstü ekosistemlərə karbonun udulmasında çətinliklər yaradır. Daha öncəki tədqiqatlara əsasən okeanik və yerüstü proseslər bütün antropogen karbon tullantılarının yarısını udurlar.
Mütəxəssislər narahatdırlar ki, udulan karbon miqdarının bu dərəcədə aşağı düşməsi ciddi problemlərə yol açacaq. Mütəxəssislər bildiriblər ki, indiyənə kimi təbiət insan fəaliyyəti səbəbilə ortaya çıxmış mənfi özəllikləri tarazlaşdırırdı. Lakin görünür, bu prosesin də sonu çatır. Əsas problem ondadır ki, müasir iqlim modelləri karbonun udulması ilə məşğul olan ekosistemlərin çöküşünü nəzərə almır. Bu, qlobal istiləşmənin nəyə görə daha öncə proqnozlaşdırıldığından daha sürətli baş verdiyinin açıqlaması ola bilər. Ekoloqlar hesab edirlər ki, karbon udulması ilə məşğul olan yerüstü sistemlər sadəcə olaraq öz fəaliyyətlərini dayandırıblar.
Ən azından 2023-cü ildə müəyyən müddət ərzində bu, baş vermişdi. Onlar aşkar ediblər ki, keçən ildən CO2 ifrazı miqdarının 0.6% yüksəlməsinə baxmayaraq Havay adalarında yerləşən Mauna-Loa adlı atmosfer stansiyasının üzərindəki atmosfer sahəsində CO2 miqdarı 2022-ci ildən 86% yüksəlib. Aparılmış digər tədqiqatlara əsasən okeanın karbon udma qabiliyyəti də sual altındadır. Quruda qlobal karbon udulması prosesində əvəzsiz töhfəni Amazon meşəlikləri verir. Lakin son illərdə Amazon meşəlikləri quraqlıqdan və meşə yanğınlarından əziyyət çəkir. Yerüstü karbon udma sistemlərinin məhv olmalarında iqlim dəyişikliyi səbəbilə yaranan quraqlıqlar və meşə yağınlarıdırsa, deməli bu problem müddətli problemdir. Lakin alimlər hesab edirlər ki, karbon udma ekosistemlərinə dəymiş zərərin mənfi nəticələri uzunmüddətli olacaqlar. / Technote