Regionun inşaat sahəsində mühüm tədbiri olan Xəzər İnşaat Həftəsi iştirakçı və ziyarətçilərə qapılarını açıb. 15-17 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək bu həftə çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurulması və İnkişafı sərgisi “Rebuild Karabakh”, 29-cu Azərbaycan Beynəlxalq İnşaat sərgisi “BakuBuild”, 16-cı Beynəlxalq İstilik, və 12-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgisi “Road&Traffic” baş tutacaq. Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilərdə bu il 22 ölkədən 370-dən artıq şirkət təmsil olunur. “Rebuild Karabakh 2024” sərgisi, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması prosesini dəstəkləyən ən önəmli tədbirlərdən biridir. Tədbirin məqsədi, bərpa işlərində iştirak edən yerli və beynəlxalq şirkətləri, dövlət qurumlarını və investorları bir araya gətirərək bölgənin dirçəlişinə töhfə verməkdir. Qarabağ Dirçəliş Fondunun mətbuat katibi Babək Cahandarov Crossmedia.az saytına bildirib ki, fondun əsas məqsədi, Qarabağ regionunun bərpası və inkişafına yönəlmiş genişmiqyaslı layihələr həyata keçirməkdir. İşğaldan azad olunmuş ərazilərin iqtisadi, sosial və mədəni inkişafına dəstək vermək, həmin əraziləri dayanıqlı və müasir infrastrukturla təmin etməkdir. Qarabağ Dirçəliş Fondunun ən son elan etdiyi yeni layihələrə “Yaşıl Enerji Zonası” layihəsi, “Ağıllı Aqropark” layihəsi, “Qarabağın Su Təchizatı və Suvarma Sistemi layihəsi “, “Mədəni İrsin Bərpası” layihəsi daxildir. “Yaşıl Enerji Zonası” Layihəsi Qarabağın təbii resurslarını səmərəli istifadə edərək, bərpa olunan enerji mənbələrinə əsaslanan bir enerji zonası yaradılır. Bu layihə çərçivəsində külək və günəş enerjisi stansiyalarının qurulması planlaşdırılır. Xüsusilə Cəbrayıl və Zəngilan rayonlarında bu tip stansiyalarla elektrik enerjisi təchizatı təmin ediləcəkdir.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabinin Crossmedia.az saytına olan açıqlamasına əsasən: “Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidməti Qarabağın quruculuğunda əsas olan sərgilərdən biri olan “Rebuild Karabakh 2024” sərgisində təmsil olunur. Bu sərgidə biz çalışmışıq ki, işğaldan azad olunmuş ərazilərdə gördüyümüz işlər barədə ətraflı məlumatı bura gələn qonaqlarımızla bölüşək. Çünki hələ ki, hər kəsin imkanı yoxdur ki, işğaldan azad olunmuş ərazilərimizə rahat səfər edə bilsin və oradakı bərpa-quruculuq işləri ilə yaxından tanış olsun. Ona görə də biz, Ağdam, Füzuli və Xocavənd rayonlarına bağlı virtual səyahət layihəsi hazırlamışıq. Xüsusi eynəklər taxmaqla o ərazilərimizi gəzirsiniz, tamamlanmış layihələrimizə səyahət edirsiniz və bu ərazilərdəki obyektlərin daxilinə belə, girirsiniz. Məsələn, bu gün Sarıcalı, Kəngərli, Xıdırlı kəndlərində bərpa-tikinti işləri gedir, fərdi evlər tikilir. Həmin fərdi evlərin daxilinə daxil olmaqla özünüzü sanki o evin içərisində hiss edirsiniz. Həmçinin əlavə edib ki: “ Sərgidə bir çox digər maraqlı məkanlar da var. Mən şəhər sakinlərini və Qarabağın quruculuğu ilə maraqlanan vətəndaşlarımızı dəvət edirəm ki, gəlib ziyarət etsinlər, biz də onlara ətraflı məlumat verək”. Xəzər İnşaat Həftəsi regionun inşaat sahəsində ən mühüm tədbirlərdən biri olaraq, sənaye mütəxəssislərinə təcrübə mübadiləsi və yeni əməkdaşlıqlar qurmaq imkanı təqdim edəcək. Sərgilər çərçivəsində keçirilən müzakirələr və təqdimatlar iştirakçılar üçün işğaldan azad edilmiş ərazilərin inkişaf perspektivləri ilə bağlı vacib məlumatlar və fürsətlər yaradacaq. Bu, Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənqurma prosesinə mühüm töhfə verərək, regionun gələcək inkişafı üçün əhəmiyyətli bir platforma rolunu oynayacaq.
Maral Şahverdili, Nihat Tahirov
Məqalə ID-si: 1934
Qarabağın dirçəlişində yeni səhifə - REPORTAJ