Gürcüstanlı səyyahların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb.
30 nəfərdən ibarət səyyah qrupu regionda aparılan tikinti-bərpa işləri, tarixi abidələrlə tanış olacaq, həmçinin Ermənistanın işğal illərində törətdiyi dağıntıların və vandalizm aktlarının şahidi olacaqlar.
Səfərin ilk günündə turistlər Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə yollanacaqlar. Oktyabrın 18-də Ağdam şəhərinə səfər olacaq.
Qeyd edək ki, Gürcüstandan Azərbaycana gələn səyyahların azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.