Dilinizi seçin

Dilinizi seçin

Gündəm

Array
(
    [0] => 1
    [1] => 5
)

İcazəniz yoxdur. İcazə problemi: core.edit

Fərid Şəfiyev: Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev və aparıcı məsləhətçisi Roza Bayramlı oktyabrın 24-25-də Çinin Şanxay şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzi Forumunun “Çoxqütblü dünyada Asiyanın yeni rolu” mövzusundakı 12-ci toplantısında iştirak ediblər.

“Asiya perspektivindən çoxqütblü dünyanın inkişafı” mövzusunda keçirilən birinci paneldə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra hər zaman çoxtərəflilik və beynəlxalq hüququn aliliyinə dəstəyini ifadə etməsinə diqqət çəkib.

AQEM Xarici İşlər Nazirləri Şurasının 2024-cü il 19 mart tarixli qərarı ilə Azərbaycan Respublikasının 2024-2026-cı illər üzrə AQEM sədri seçilməsinə toxunan F.Şəfiyev sədrlik çərçivəsində Azərbaycan 2024-cü ildə Xarici İşlər Nazirlərinin toplantısına, 2026-cı ildə isə Dövlət və Hökumət başçılarının Zirvəsinə ev sahibliyi edəcəyini deyib.

Cari geosiyasi böhranlar fonunda Xəzər regionunun əhəmiyyətinin daha da artmasından bəhs edən BMTM sədri bildirib ki, region ölkələri ənənəvi olaraq geosiyasi aktorlara münasibətdə balanslı yanaşmalar sərgiləyiblər, lakin son dövrlər bəzi qlobal və regional güclər Xəzər regionu ölkələrini seçim qarşısında qoymağa çalışırlar.

Bu siyasət zərərli və qeyri-konstruktivdir.

F.Şəfiyev beynəlxalq hüququn fundamental prinsiplərinin qlobal güclər tərəfindən pozulması nəticəsində dünya düzəninin daha həssas və parçalanmış vəziyyətə gəldiyini qeyd edib.

Azərbaycan-Çin əməkdaşlığına toxunan F.Şəfiyev 2024-cü ilin iyulunda tərəflər arasında imzalanmış “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”ni dönüş nöqtəsi olaraq adlandırıb. Onun sözlərinə görə, Azərbaycan Çinlə əməkdaşlığını ikitərəfli müstəvi ilə yanaşı, həm də Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində dərinləşdirir.

Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafının Azərbaycan xarici siyasətinin prioritetlərindən olduğunu deyən F.Şəfiyev bu əməkdaşlığın, əsasən Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirildiyini, ölkələr arasında sıx siyasi, iqtisadi əməkdaşlıqla yanaşı, alternativ enerji, eləcə də informasiya texnologiyaları sahələrində münasibətlərin dərinləşdirildiyinə diqqət çəkib.

“AQEM-də yüksələn güclər” mövzusunda yanaşı tədbirdə çıxış edən BMTM-in aparıcı məsləhətçisi Roza Bayramlı xarici siyasət və təhlükəsizlik sferalarında gender məsələlərinə, sözügedən sahələrdə qadın təmsilçiliyində balansın pozulması barədə danışıb. R.Bayramlı qeyd edib ki, Parlamentlərarası İttifaq tərəfindən 2020-ci ildə aparılmış sorğuya, əsasən, 190 ölkədən cəmi 60-da qadınlar xarici işlər naziri vəzifəsində çalışıblar.

BMTM-in eksperti, həmçinin qadınların sülhyaratma fəaliyyətlərinə cəlb edilməsinin vacib olduğunu vurğulayıb.

“Bu faktor davamlı və effektiv sülh danışıqlarının əsas elementlərindəndir”, - deyə R.Bayramlı əlavə edib.

Qeyd edək ki, Beynəlxalq Araşdırmalar üzrə Şanxay İnstitutunun təşkilatçılığı ilə keçirilən toplantıda AQEM-ə üzv dövlətlərdən ekspertlər, rəsmilər iştirak ediblər.

Məqalə ID-si: 2616

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il