Dilinizi seçin

Dilinizi seçin

Gündəm

Array
(
    [0] => 1
    [1] => 5
)

İcazəniz yoxdur. İcazə problemi: core.edit

“Dövlət xidmətləri üzrə məlumatların əlçatanlığı və şəffaflıq” üzrə yeni xidmətlərin təqdimatı keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Baş Prokurorluğun rəhbərlik etdiyi “Korrupsiya və şəffaflıq” işçi qrupunun Baş Prokurorluğun yeni inzibati binasında “Dövlət xidmətləri üzrə məlumatların əlçatanlığı və şəffaflıq” mövzusuna həsr olunmuş iclası keçirilib.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyası, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, özəl sektor subyektləri, vətəndaş cəmiyyəti institutları və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

İşçi qrupunun rəhbəri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Asəf Sarıkişiyev, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, işçi qrupun üzvləri və digərlərinin çıxışlar etdiyi geniştərkibli tədbirdə “Dövlət Xidmətlərinin Elektron Reyestri” üzrə aparılmış təkmilləşmə işləri barədə təqdimat həyata keçirilib.

Bildirilib ki, dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xüsusilə daim yenilənməsi vətəndaşların və maraqlı tərəflərin dövlət xidmətləri haqqında ətraflı məlumat əldəetmə imkanlarını və şəffaflığı təmin edir. Dövlət Xidmətləri reyestrində toplanmış xidmətlərin sayı 4 mindən çoxdur ki, burada G2B xidmətləri 740-dan yuxarıdır (https://dxr.az/dxr?lang=az). DXR-də dövlət xidmətləri barədə ingilis dilində də məlumatları əldə olunması imkanları yaradılıb.

Eyni zamanda, iclasda 2024-cü ilin III rübü ərzində “Korrupsiya və şəffaflıq” işçi qrupunun üzvləri tərəfindən “Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrasına dair görülmüş işlər, növbəti dövr üzrə qarşıda duran vəzifələr və digər mühüm məsələlərlə bağlı geniş müzakirələr aparılıb.

​İclasın davamında vətəndaş cəmiyyəti institutları və özəl sektor nümayəndələri tərəfindən dövlət-biznes-vətəndaş cəmiyyəti dialoqunun genişləndirilməsi məsələləri ilə bağlı zəruri təkliflər irəli sürülüb.

Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupuna rəhbərlik Baş Prokurorluq tərəfindən həyata keçirilir (https://azranking.az/working-groups ).

Məqalə ID-si: 2049

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il