Sentyabrın 27-də “Anım Günü” münasibətilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbər heyəti paytaxtda yerləşən Zəfər parkında olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildiririlib.
Prokurorluq əməkdaşları Parkdakı xatirə daşının önünə gül dəstələri düzərək Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar.