Dilinizi seçin

Dilinizi seçin

Gündəm

Array
(
    [0] => 1
    [1] => 5
)

İcazəniz yoxdur. İcazə problemi: core.edit

Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının İkinci Hesabat-Seçki konfransı keçirilib

Oktyabrın 21-də Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) İkinci Hesabat-Seçki konfransı keçirilib.

Konfransda Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət gənclər siyasəti Azərbaycan gənclərinin vətənpərvər ruhda tərbiyə olunmasına və cəmiyyətin fəal iştirakçıları kimi öz potensiallarını reallaşdırmaq üçün bütün imkanların yaradılmasına yönəlib.

Dövlət gənclər siyasətinin əsas istiqamətlərindən birinin xaricdə təhsil alan gənclərin dəstəklənməsi olduğunu deyən Qədir Xəlilov bu baxımdan ASAP-ın fəaliyyətinin önəminə toxunub. O, ASAP-ın həm Azərbaycanda, həm də xaricdə təhsil alan azərbaycanlı tələbə və məzunları əhatə edən layihələrindən, gənclərin şəxsi və karyera inkişafının dəstəklənməsindəki rolundan və Gənclər Fondunun bu istiqamətdə ASAP-la birlikdə həyata keçirdiyi uğurlu işlərdən danışıb.

Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru və ASAP-ın fəxri sədri Fariz İsmayılzadə çıxışında bildirib ki, xaricdə təhsil alan tələbələr Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, ölkəmizin müxtəlif beynəlxalq forumlarda, platformalarda layiqincə təmsil olunmasında önəmli rol oynayırlar. ASAP xarici universitetlərin azərbaycanlı tələbə və məzunlarının şəxsi, peşəkar, təhsil və sosial fəaliyyətlərini dəstəkləyərək, xarici icmalara inteqrasiyasına və xarici ölkələrdə uğurlu təmsilçiliyinə şərait yaradır.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov xaricdə təhsil alan gənclərin dəstəklənməsinin vacibliyindən danışıb. Qeyd edib ki, il ərzində yüzlərlə tələbə dövlət hesabına xaricdə təhsil almağa göndərilir. Bu sahədə həyata keçirilən layihələr, xüsusilə xaricdə təhsil alan gənclərin dəstəklənməsi istiqamətindəki fəaliyyətlər gənclərin Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunmalarına və ölkənin beynəlxalq arenada müsbət imicinin formalaşmasına şərait yaradır. O, həmçinin ASAP-ın xaricdə təhsil alan gənclərə dəstək göstərməklə öz vəzifəsini uğurla yerinə yetirdiyini vurğulayıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xaricdə təhsil ənənəsi hazırda uğurla davam etdirilir. Ölkədə əsas prioritetlərdən biri də xaricdə təhsil imkanlarının əlçatanlığıdır. Bu istiqamətdə görülən işlər gənclərin ölkənin gələcəyi üçün savadlı kadr kimi yetişməsinə yönəlib.

Daha sonra ASAP-ın icraçı direktoru Sevda Mansurova hesabat nitqi ilə çıxış edib. O bildirib ki, təşkilat fəaliyyətə başladığı gündən etibarən Prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətini rəhbər tutur. 2023-cü ilin avqust ayından bu günə qədər ASAP tərəfindən 500-dən çox layihə və tədbirlər həyata keçirilib. Ümumilikdə 39 ölkəni əhatə edən tədbirlərdə 64 mindən çox gənc iştirak edib.

Ardınca 2023-2024-cü illər üzrə ASAP-ın fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.

Konfrans Platformanın İdarə Heyətinin sədrliyinə namizədin gələcək fəaliyyəti və planları ilə bağlı çıxışla davam edib.

Yekunda keçirilən səsvermə nəticəsində Milana Mir Feyzullazadə ASAP-ın sədri seçilib.

Məqalə ID-si: 2370

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il