Dilinizi seçin

Dilinizi seçin

Gündəm

Array
(
    [0] => 1
    [1] => 5
)

İcazəniz yoxdur. İcazə problemi: core.edit

Azərbaycanlı gənclərin kosmik elmi platformada sessiyaları davam edir

İtaliyanın Milan şəhərinin ev sahibliyi etdiyi 75-ci Beynəlxalq Astronavtika Konqresində azərbaycanlı tələbələrin elmi sessiyaları davam edir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, konqresin “Dayanıqlılıq naminə kosmik məsuliyyət” mövzusuna uyğun olaraq gənclər əsasən biomühəndislik bitkiləri ilə mikro qravitasiya mühitində karbonun idarə olunması, kosmik mühitin insan bədəninə təsiri, kosmosda fizioterapiya, kosmosda hüquqi tənzimlənmə qaydaları, kosmosda həyat elmləri, peyklərin missiyası və yerin müşahidəsi mövzularında elmi çıxışlar edir, öz araşdırma və yanaşmalarını təqdim edirlər.

Milan konqresində 200 texniki sessiyada 2400-ə yaxın elmi məqalə təqdim olunur. 50-yə yaxın tələbə, gənc mütəxəssis və alimdən ibarət milli elmi komanda konqres vasitəsilə bu sessiyalarda müxtəlif ölkələrdən olan gənclərlə ünsiyyət qurur, kosmosun gələcəyi barədə fikir mübadiləsi apara bilir.

Xatırladaq ki, milli elmi komanda “Azərkosmos”un KOSMİK Akademiyasının təşkilatçılığı, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə qlobal platformada ölkəmizi təmsil edir.

Qeyd edək ki, Milan konqresinə 120 ölkədən 11 mindən çox iştirakçı qatılıb. Konqresin sərgi pavilyonunda Azərbaycanın Kosmik Agentliyi ilə yanaşı, Avropa Kosmik Agentliyi, ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA), Türkiyə, Böyük Britaniya, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Yaponiya, Almaniya və digər ölkələrin kosmik qurumları iştirak edirlər.

Milan konqresi innovasiya, kosmosda dövlət-özəl tərəfdaşlığı, NASA-nın “Artemis Accords” Ay missiyası, kosmik kəşflər: Aydan Marsa doğru, kosmosda tibbi araşdırmalar, kosmosda biznes və investisiya, sahibkarlıq, kosmik iqtisadiyyat, kosmik resursların dəyəri haqqında interaktiv sessiyalar və zəngin proqramlarla bu həftə dünyanın yeni kosmik tendensiyalarını gündəmdə saxlayır.

Məqalə ID-si: 1974

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il