Dilinizi seçin

Dilinizi seçin

Yaxın şərq

İsrailin Hərbi Hava Qüvvələri bir gündə Qəzza zolağının şimalında Fələstin qaçqınlarının Cəbaliyə düşərgəsi ərazisində onlarla hədəfə zərbələr endirib.

Report xəbər verir ki, bu barədə ordunun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, xüsusilə yeraltı infrastruktur obyektləri və Fələstinin radikal HƏMAS hərəkatının tərəfdarlarının silahlı birləşmələri hücuma məruz qalıb.

Cəbaliyə bölgəsində quru bölmələri fəal şəkildə fəaliyyət göstərir, radikal dəstələrlə döyüşə girir. Gün ərzində orada onlarla fələstinli radikal öldürülüb. Əməliyyat bölgəsində hərbçilər silah, sursat və partlayıcı qurğular aşkarlayıblar.

Səhər saatlarında İsrail hərbçiləri Cəbaliyə bölgəsində yeni əməliyyata başladığını açıqlayıblar, ordunun məlumatına görə, 162-ci diviziyanın bölmələri ora daxil olub, əməliyyatlara aviasiya da dəstək verib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il