İstanbulda miqrant uşaqların müdafiəsi məsələsi müzakirə olunub
Array
(
[0] => 1
[1] => 5
)
İcazəniz yoxdur. İcazə problemi: core.edit
İstanbulda miqrant uşaqların müdafiəsi məsələsi müzakirə olunub
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti beynəlxalq konfransda iştirak etmək üçün İstanbul şəhərində səfərdə olub.
Beynəlxalq konfrans “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Türkiyə Konstitusiya Məhkəməsinin qərarları işığında miqrasiya və insan hüquqları” mövzusunda keçirilib. Konfransda Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədr və hakimləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri, bir sıra Avropa dövlətlərinin Konstitusiya məhkəmələrinin, Türkiyənin dövlət orqanlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
Konfransın praktiki hissəsində Miqrasiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası, Konstitusiya Məhkəməsinin deportasiya məsələləri üzrə məhkəmə təcrübəsi, Avropa Konvensiyası çərçivəsində miqrant uşaqların müdafiəsi, eləcə də digər mövzulara dair məruzələr dinlənilib, müzakirələr aparılıb.
Tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məruzə ilə çıxış edib, respublikamızın 30 ildən artıq üzləşdiyi qaçqın və məcburi köçkün problemini iştirakçıların diqqətinə çatdırıb, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün tam bərpa edildiyini, bununla da həmin şəxslərin pozulmuş bir sıra konstitusion hüquqlarının bərpa edildiyini vurğulayıb.
F.Abdullayev planetimizin üzləşdiyi ən böyük problemlərdən birinin qlobal iqlim dəyişmələri olduğunu bildirib, cari ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibliyi edəcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Səfər çərçivəsində Türkiyənin Konstitusiya Məhkəməsinin sədr və hakimləri ilə məhkəmə hüquq sahəsində fikir mübadiləsi aparılıb.
Məqalə ID-si: 1791