Ermənistan Respublikasının prezidenti Vaaqn Xaçaturyan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə oktyabrın 15-də bu ölkəyə rəsmi səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilib.
Qazaxıstan prezidentinin iqamətgahında iki ölkə prezidentləri danışıqlar aparacaq və Ermənistan-Qazaxıstan əməkdaşlığının inkişaf gündəliyi ilə bağlı məsələləri müzakirə edəcəklər.