Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 23 oktyabrda Rusiyaya səfər edəcək.
APA xəbər verir ki, bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömer Çelik mətbuat konfransı zamanı bildirib.
O, Rəcəb Tayyib Ərdoğanın Kazanda BRİCS toplantısında iştirak edəcəyini qeyd edib.
Çelikin sözlərinə görə, dövlət başçısının bu səfəri həm region üçün, həm də liderlərlə keçirəcəyi görüşlər baxımından önəmlidir.