Dilinizi seçin

Dilinizi seçin

Dünya xəbərləri

Xəbər verdiyimiz kimi, bu gün baş nazir Nikol Paşinyanın rəhbərliyilə Ermənistan hökumətinin iclası keçirilir.

Modern.az xəbər verir ki, iclasda Ermənistan hökuməti sentyabrın 27-ni Qarabağ müharibəsində ölənlərin anım günü elan etmək istəməyib.

“Sputnik Ermənistan”ın məlumatına görə, bu barədə qərar hökumətin iclasında qəbul edilib.

“Ermənistan Respublikasının bayramları və xatirə günləri haqqında” qanuna dəyişiklikləri müxalifətin “Hayastan” fraksiyasının deputatı Geqam Nazaryan təklif etmişdi.

2020-ci ilin 44 günlük müharibəsində oğlunu itirən deputat sentyabrın 27-nin anım günü elan edilməsini istəyib.

Hökumət hesab edib ki, yanvarın 28-I ölkədə Ordu Günü kimi qeyd olunur və həmin gün təkcə Ermənistan Silahlı Qüvvələrinin yaranmasının simvolu deyil, həm də ölkənin müdafiəsində əməyi olan bütün insanların xatirəsini özündə ehtiva edir.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il