İsrail hərbçiləri İranın paytaxtı Tehranda hərbi obyektlərə zərbələr endirib.
Azərtac xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri İranın raket istehsalı müəssisələrinə zərbələr endirib.
İran tərəfinin açıqlamasında Tehran və onun ətrafında baş verən hər hansı insidentlə bağlı müraciətlərin olmadığı bildirilib.