Dilinizi seçin

Dilinizi seçin

Dünya xəbərləri

İsrail Müdafiə Qüvvələri Beyrutdakı xəstəxanalardan birinin altında Livanın “Hizbullah” təşkilatına məsus yeraltı bunker aşkarlayıb.

Modern.az-ın xəbərinə görə, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü kontr-admiral Daniel Haqari bildirib. Onun sözlərinə görə, bunker şəxsən “Hizbullah”ın öldürülən lideri Həsən Nəsrullaha məxsus olub. Sığınacaqda 500 milyon dollardan çox nağd pul və qızıl olub.

İsrail növbəti dəfə İranı “Hizbullah” maliyyələşdirməkdə ittiham edib.

“Bu pul Livanın yenidən qurulması üçün istifadə oluna bilərdi, amma bunun əvəzinə “Hizbullah”ı gücləndirmək üçün istifadə olundu”, - “The Times of Israel” Haqaridən sitat gətirib.
 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il