İran prezidenti Məsud Pezeşkian deyib ki, Rəsmi Tehran müharibəyə can atmır, lakin İsrailin bu yaxınlarda ölkənin suverenliyi və ərazi bütövlüyünə təcavüzü fonunda öz hüquqlarını müdafiə edəcək.
Modern.az xəbər verir ki, “Mehr”in məlumatına görə, Pezeşkian bunu bazar günü Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib.
O vurğulayıb ki, ölkə xalqı və islam quruluşu son 45 ildə "heç vaxt heç bir təcavüzkarın qarşısında öz mövqelərindən geri çəkilməyəcəklərini" göstərib.
“Biz bilirik ki, Amerika Birləşmiş Ştatları İsraili bu dəhşətli cinayətləri törətməyə təhrik edir. Vaşinqton İranın təmkininin müqabilində müharibəni bitirəcəklərinə söz verdi, lakin təəssüf ki, vədlərinə əməl etmədi”, - prezident deyib.
İsrail oktyabrın 26-na keçən gecə İran hədəflərinə hücum edib. Məlumata görə, hücumda İsrail Hərbi Hava Qüvvələrinə məxsus 100-dən çox təyyarə iştirak edib.
Məqalə ID-si: 2863
Rəsmi Tehran müharibə istəmir - Pezeşkian