Dilinizi seçin

Dilinizi seçin

Dünya xəbərləri

İsrailin İrana qarşı misilliməsi müzakirə edilərkən, İran da İsrailə qarşı hədələri ilə davam edir. İran İslam İnqilabı Keşikçiləri Ordusunun komandanı, "İstəsək, bütün İsraili məhv edə bilərik" deyib. İsrailin İrana qarşı misilləməsi necə olacaq? Dünya bir tərəfdən bunu müzakirə edərkən, İran da özünə yönələn təhdidə təhdid ilə cavab verir. İran İslam İnqilabı Keşikçiləri Ordusundan İsrailə "lazım gəlsə, bütün sionistləri məhv edərik" mesajı gəlib.

İslam İnqilabı Keşikçiləri Ordusunun Qüds Qüvvələri Komandanının müavini Abbas Nilfuruşanın cənazəsində danışan dini lider Ayətullah Əli Xamneyi İslam İnqilabı Keşikçiləri Ordusunun nümayəndəsi Abdullah Hacı Sadıqi, Hizbullahın geri addım atmadığını bildirib. "O torpaqlar kiçikdir. İranın kiçik əyalətlərindən biri qədər də deyil. İstəsək, bütün sionistləri məhv edə bilərik. Hizbullahı görmürsən? Müqavimət cəbhəsini görmürsən? Başına daha güclü bir inancla, daha möhkəm bir qərarlılıqla və daha çox güclə vururlar və sən yox olana qədər geri addım atmayacaqlar" deyib.

İran-İsrail münaqişəsi birbaşa müharibədən daha çox regional və geosiyasi rəqabət şəklində davam edir. Bu münaqişə təkcə hərbi deyil, həm də diplomatik, kəşfiyyat və kibermüharibə səviyyəsində baş verir. Gərginlik davam edir və yaxın gələcəkdə birbaşa müharibəyə çevrilmə ehtimalı azalsa da, vəziyyət qeyri-sabit olaraq qalır. Fələstinlə İsrail arasında olan münaqişə isə daha çox bölgədə siyasi-iqtisadi maraqları olan dövlətləri hərəkətə keçirib. Bu maraqları olan dövlətlərin hərəkətə keçməsi isə yaranmış kiçik insidenti böyük fəlakətə sürükləyib.

Ayhan Ağarzayev

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il