Dilinizi seçin

Dilinizi seçin

Dünya xəbərləri

Fətullah Gülənin 83 yaşında ölməsindən sonra illər əvvəl etdiyi vəsiyyət gündəm olub.

 Oxu.az xəbər verir ki, bu barədə "Sözcü" xəbər yayıb.

İddiaya görə, FETÖ lideri ABŞ-da ölərsə cənazəsinin Türkiyəyə aparılmasını və anasının yanında dəfn olunmasını istədiyini deyib.

Lakin Türkiyə kəşfiyyatının keçmiş dövrə aid hesabatlarında Fətullah Gülənin ABŞ-da məzar yerinin hazırlandığı bildirilib.

Məlumata görə, FETÖ məsulları 2015-ci ildə Pensilvaniyada təşkilatın fermasına 5 kilometr məsafədə bir ərazi alıb bu ərazini qəbiristanlığa çeviriblər. ABŞ-da ölən təşkilat üzvlərinin həmin ərazidə dəfn edildiyi bildirilir. Hesabata görə, Fətullah Gülən üçün də bu ərazidə iki sərv ağacının arasında məzar yeri hazırlanıb.

Qeyd olunur ki, "Anadolu" Agentliyi 2021-ci ildə bu qəbiristanlıqla bağlı "FETÖ-nün Pensilvaniyadakı "Gurbet Cemetery" isimli mezarlığı faaliyete geçti" başlıqlı bir xəbər də yayımlayıb. Xəbərdə, Gülənin 20 illik dostu Salih Sal Dinçerin də bu qəbiristanlıqda dəfn edildiyi bildirilib.

O da vurğulanır ki, ərazisi 9 il əvvəl alınan qəbiristanlığın yalnız "Gurbet Cemetery" yazan lövhəsində bu günə qədər İslam dininə aid hər hansı bir simvol görünməyib, ayə və ya hədis yazılmayıb. Məzarlarda isə yalnız lap yaxına gəldikdə oxuna biləcək şəkildə türk dilində "Ruhuna El-Fatiha" yazıldığı görünüb.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il