Dilinizi seçin

Dilinizi seçin

Cənubi Qafqaz

Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransanın yeni təyin olunmuş Baş naziri Mişel Barnier arasında Parisdə görüş keçirilib.

Bu barədə Crossmedia.az erməni mətbuatına istinadən xəbər verir.

Fransanın Baş naziri iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlığın davamlı inkişafına töhfə verməyə hazır olduqlarını bildirib. Mişel Barnier gələcəkdə ikitərəfli əlaqələrin gücləndirilməsinə dəstək olmağa hazır olduğunu qeyd edib. O, 1995-ci ildə Ermənistanda Fransanın səfirliyinin açılışını xatırladıb.Paşinyan həmkarına iki xalq arasında dostluğa olan dərin bağlılığı üçün təşəkkür edib və Ermənistanla Fransa arasındakı münasibətlərin gücləndirilməsindəki töhfəsini vurğulayıb.

İkitərəfli görüşdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrin son gedişatı və Cənubi Qafqazda baş verən proseslər barədə də fikir mübadiləsi edilib.

Gülay Qəribova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il