"Dünyanın ən mötəbər tədbiri yaxınlaşdıqca mediada ölkəmizə qarşı qarayaxma kampaniyaların başladığını görürük".
Bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın ilk iclasında sədr Ramid Namazov bildirib.
“COP29-da ev sahibliyi Azərbaycana keçdiyini bildirilən kimi bizi sevməyən qüvvələr böyük media orqanlarında bizə qarşı qarayaxma kampaniyalarına başladılar. Belə ki, onlar komitə üzvlərində qadınların sayının az olmasından, söz azadlığından və sülh müqaviləsi üzərindən bizə təyziqlər göstərməyə başlayıb. Belə hücumlar bizim tərəfimizdən qəbuledilməzdir”,- deyə o bildirib.