COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT baş katibinin iqlim məsələləri üzrə xüsusi müşaviri Selvin Hart ilə görüşüb.
Bu barədə COP29-un "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.
Görüşdə tərəflər iqlim dəyişikliyi ilə mübarizədə birgə fəaliyyəti və iqlim planlarının razılaşdırılmasında hökumətlərin ambisiyalarının artırılması üzrə qarşıdakı COP29 səylərini müzakirə ediblər.