Amerikalı milyarder İlon Mask öz dəstək fondunun açıldığını elan etməmişdən əvvəl Respublikaçılar Partiyasına gizli şəkildə on milyonlarla dollar ianə edib.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” mənbələrə istinadən məlumat yayıb.
“2022-ci ilin payızında Mask aralıq seçki ərəfəsində bəzi ştatlarda Demokratlar Partiyasının namizədlərinə qarşı kampaniyalara 50 milyon dollardan çox ianə edib. 2023-cü ildə sahibkar Florida qubernatoru Ron Desantisin kampaniyasına 10 milyon dollar bağışlayıb”, - mənbə bildirib.