Dilinizi seçin

Dilinizi seçin

COP29

“Google” “Build with AI for Sustainability” proqramını həyata keçirir, bu proqram COP29-a hazırlıq çərçivəsində Mərkəzi Asiya və Qafqazdan olan yerli mütəxəssislərin təliminə yönəlib.

Bu barədə “Google”un Mərkəzi Asiya və Qafqazdakı dövlət orqanları ilə əlaqələr üzrə rəhbəri Olqa Skoroxodova Bakıda "PAŞA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində deyib.

“Yerli hökumətlərlə əməkdaşlıq edərək, bir ay sonra Bakıda keçiriləcək COP29 konfransına hazırlıq çərçivəsində ‘Build with AI for Sustainability’ adlı proqramı həyata keçiririk. Bu proqram Mərkəzi Asiya və Qafqazdan olan yerli mütəxəssislərə öz bazarları üçün konkret həllər hazırlamağı öyrətməyə yönəlib və bunun üçün “Google”un məlumatların mühafizəsi sistemi — “Gemini” imkanlarından istifadə edəcək. Bu, dövlət-özəl tərəfdaşlıq vasitəsilə dayanıqlı inkişaf sahəsində spesifik problemləri effektiv şəkildə həll etməyin yalnız bir nümunəsidir", - O.Skoroxodova bildirib.

Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək, onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də, innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il