Gənclər Konfransı (COY19) üçün dünyanın müxtəlif ölkələrindən 400 gənc Bakıya gələcək.
Bunu COP29-un Azərbaycan üzrə gənclər iqlim çempionu Leyla Həsənova deyib.
O bildirib ki, COP29 konfransında gənclərin rolu və inkişafı inklüziv və maksimum olacaq:
"Həm bu konfransda və COP29-dan öncə baş tutacaq Gənclər Konfransı (COY19) üçün dünyanın müxtəlif ölkələrindən 400 gənc Bakıya gələcək. İqlim fəaliyyəti, çətinlikləri və həlli barədə müzakirələr aparılacaq. Sonra da gənclər konfransının qərarı COP29 sədrliyinə təqdim ediləcək".