Hazırda uyğunlaşmaya dair dövlət proqramlarının və davamlı, kontekstual, uzunmüddətli iqlim tədbirlərinin hazırlanmasının təşviqinə xüsusi diqqət yetirilir.
Bunu Vanuatunun Belçika və Avropa İttifaqındakı səfirliyinin birinci katibi Dreli Solomon Bakıda keçirilən Pre-COP29-un ikinci günü çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşündə (C&DM) deyib.
"Biz inkişafın bütün spektrini kompleks şəkildə nəzərdən keçirir və bir sıra problemləri eyni vaxtda həll etmək üçün maliyyə, insan və texniki resursların bölüşdürülməsini razılaşdırırıq", - o bildirib.
D.Solomonun sözlərinə görə, iqlim maliyyəsi ada dövlətləri üçün iqlim dəyişikliyi böhranının həllində mühüm rol oynayır, onlara iqlim dəyişikliyi ilə mübarizə və uyğunlaşma sahəsində layihələr həyata keçirməyə imkan verir.