Azərbaycan hökuməti iqlim dəyişikliyi ilə mübarizə məsələsinə çoxtərəfli yanaşmanın əsl tərəfdarıdır.
"Report"un məlumatına görə bunu BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı rezident-nümayəndəsi Alessandra Rokkasalvo Bakıda Pre-COP29-un ikinci günü çərçivəsində keçirilən panel sessiyasında deyib.
“Biz iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün buradayıq. Ancaq bu, əhaliyə fayda verəcək, insanların bacarıqlarını artıracaq və bizdə gələcəyə ümid yaradacaq müasir üsulla edilməlidir. Bununla əlaqədar çoxtərəfli sistemin əsl tərəfdarı olduğuna görə Azərbaycana böyük təşəkkürümü bildirmək istəyirəm. İndiki vaxtda bu, o qədər də asan deyil. Və biz birlikdə daha güclüyük”, - o qeyd edib.